Paşinyan rəqiblərini “seçki korrupsiyası”nda ittiham etdi

Paşinyan rəqiblərini “seçki korrupsiyası”nda ittiham etdi

Hazırda oxunan: Paşinyan rəqiblərini “seçki korrupsiyası”nda ittiham etdi

617695

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi rəqibləri tərəfindən "seçki korrupsiyası" hallarına yol verildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bazar günü parlament seçkilərində səs verdikdən sonra rusiyalı jurnalistin "Güclü Ermənistan" blokuna qarşı tətbiq edilən "repressiyalar" barədə sualını cavablandıran Paşinyan müxalifətə qarşı heç bir təzyiqin olmadığını bildirib. O, bütün proseslərin mövcud seçki qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyini iddia edib.
 

"Təəssüf ki, seçki korrupsiyası ilə bağlı çoxlu sayda faktlar mövcuddur. Sözsüz ki, Ermənistanın dövlət institutları bu hallara adekvat reaksiya verməlidir", — deyə Baş nazir əlavə edib.


Xatırladaq ki, Ermənistanda parlament seçkiləri üzrə səsvermə prosesi davam edir. Ölkədə səsvermə hüququna malik 2 milyon 485 min 851 vətəndaş qeydə alınıb. Seçkilərdə 2 blok və 16 partiya mübarizə aparır.

Seçkilərdə iştirak edən siyasi qüvvələr bunlardır: "Ermənistan" və "Güclü Ermənistan" blokları, həmçinin "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan", "Meritokratik Ermənistan", "Hamıya Qarşı", "Demokratik Konsolidasiya", "Birlik Qanadları", "Maarifçi Ermənistan", "Milli-Demokratik Qütb", Xristian-Demokrat Partiyası, Ermənistan Milli Konqresi, "Yeni Güc", "Respublika", İslahatçılar Partiyası, "Demokratiya, Qanun, Qayda", "Milli Dirçəliş və Koçari Millətinin Oyanışı", "Respublika naminə Demokratiyanın Müdafiəçiləri İttifaqı" partiyaları.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO