Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR

Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR

Hazırda oxunan: Məhkəmədən “Crocus City Hall” terrorunu törədənlərlə bağlı SƏRT QƏRAR
601122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada məhkəmə “Crocus City Hall” terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsindən pul və əmlakın dövlətə keçirilməsi barədə qərar çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gazeta.ru məhkəmə zalından məlumat yayıb.
 

Qərara əsasən, Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsindən 265 min rubl dövlət büdcəsinə keçirilib.


Bundan əlavə, məhkəmə terror aktının icraçılarına kömək edən şəxslər tərəfindən təqdim edilmiş mənzil və avtomobilin də müsadirə olunmasına qərar verib.

Daha əvvəl məlum olmuşdu ki, istintaqın versiyasına görə terrorçulara pul və silah təmin edən 11 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, terror aktı azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində baş verib.
 

Hücum edən şəxslər binada olan insanlara avtomat silahlardan atəş açıb, daha sonra isə tamaşa zalını yandırıblar.


Hücum nəticəsində 149 nəfər həlak olub, bir nəfər itkin düşmüş hesab olunur, 609 nəfər isə yaralanıb. Hadisənin ümumi maddi zərəri təxminən 6 milyard rubl qiymətləndirilir.

Hazırda məhkəmə terror aktı ilə bağlı iş üzrə 19 təqsirləndirilən şəxs barəsində hökm çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO