Ermənistan XİN Türkiyə ilə normallaşma barədə: “Yalanla yaşamağı dayandırın” 

Ermənistan XİN Türkiyə ilə normallaşma barədə: “Yalanla yaşamağı dayandırın” 

Hazırda oxunan: Ermənistan XİN Türkiyə ilə normallaşma barədə: “Yalanla yaşamağı dayandırın” 
57493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin mümkün normallaşmasına münasibət bildirib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Mirzoyan, bu barədə jurnalistlərə müsahibəsində məlumat verib. 

Belə ki, xarici işlər naziri Ararat Mirzoyan 44 günlük müharibəni böyük özünü aldatmanın nəticəsi hesab etdiyini bildirib.  

"Yalanla yaşamağı dayandırın. Başımıza gələn fəlakət böyük bir özünü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - deyə Mirzoyan bildirib. 

O, əlavə edib ki, müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları tənqid etməsinə cavab vermək istəmir. Nazir əvvəlcə 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib. 

"Mən parlamentdə və digər mövqelərdən danışıqlar gedən hər şeyi deyirəm", - XİN rəhbəri bildirib. 
Jurnalistlərin “Hərbçilərimizin ölümündə günahkar olan ölkələrlə necə danışıqlar aparmaq olar?” - sualına Mirzoyan “müzakirə edilməli olan çoxlu məsələlər var”, cavabını verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO