İbrahim Rəisi Putinə ZƏNG ETDİ 

Hazırda oxunan: İbrahim Rəisi Putinə ZƏNG ETDİ 

187469

İran Prezidenti İbrahim Rəisi Rusiya dövlət başçısı Vladimir Putinə zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Bildirilib ki, Putin və Rəisi İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra Yaxın Şərqdəki vəziyyəti və Tehranın cavab tədbirlərini müzakirə ediblər. 

Putin tərəflərin təmkin göstərəcəyinə və qarşıdurmanın yeni mərhələsinə yol verməyəcəklərinə ümidvar olduğunu ifadə edib. 

İbrahim Rəisi isə İranın hərəkətlərinin məcburi olduğunu və məhdud xarakter daşıdığını qeyd edib, gələcək eskalasiyada maraqlı olmadığını vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO