Erməni spiker Matviyenkoya qızıl medal verdi – Bakının təhvil verdiyi livanlı snayperə görə

Erməni spiker Matviyenkoya qızıl medal verdi – Bakının təhvil verdiyi livanlı snayperə görə

Hazırda oxunan: Erməni spiker Matviyenkoya qızıl medal verdi – Bakının təhvil verdiyi livanlı snayperə görə
17972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu iki ölkə arasında  parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində və Azərbaycan Ordusuna qarşı vuruşan livanlı snayper Maral Najaryanın Azərbaycan əsirliyindən azad edilməsindəki mühüm töhfəsinə görə qızıl medalla təltif edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Matviyenko koronavirusa baxmayaraq Ermənistanla ikitərəfli görüşlərin bərpa olunduğunu qeyd edib və parlamentlər arasındakı dialoqdan məmnunluğunu ifadə edib. Eyni zamanda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və münaqişə bölgəsində Rusiya sülhməramlılarının mövcudluğu barədə üçtərəfli bəyannamənin qəbul olunduğunu vurğulayıb.

Ararat Mirzoyan, öz növbəsində Ermənistan və Rusiya arasında strateji əlaqələrin müxtəlif sahələrdə tədricən inkişaf etdiyini vurğulayıb.

Müzakirə zamanı tərəflər Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB Parlamentləraarsı Assambleyanın müşahidəçi missiyasının iştirakı barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO