“Biz bölgədə düşmən axtarmırıq” - Ayvazyanın Türkiyəyə mesajı

“Biz bölgədə düşmən axtarmırıq” - Ayvazyanın Türkiyəyə mesajı

Hazırda oxunan: “Biz bölgədə düşmən axtarmırıq” - Ayvazyanın Türkiyəyə mesajı

16142

“İrəvan Ankaranın bölgədə sülh yaratmaq üçün "təcavüzkar siyasətinə" yenidən baxmasını gözləyir”

Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan parlamentin xarici əlaqələr üzrə daimi iclasında deyib.

“Hamımız başa düşürük ki, sülhün bərqərar olması bölgədə hansı perspektivlər yarada bilər. Tarixdə bəzi ölkələrin siyasi iradənin köməyi ilə mehriban qonşuluq münasibətləri qurmasının bir çox nümunəsi var”,- deyə Ayvazyan qeyd edib.

O, İrəvanın “sülhün qiymətini çox yaxşı bildiyindən” “bölgədə düşmən axtarmadığını” vurğulayıb.

Bildirib ki, erməni diplomatiyası  bundan sonra qonşularla münasibət qurmaqda daha praqmatik olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO