
- A-
- A
- A+
Volkov gedir - Rus sülhməramlıların yeni komandanı kim olacaq?
Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovu geri çağırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Hraparak.am" saytı yayıb.
Mənbə yazır ki, general-polkovnik rütbəli yeni komandir, təcrübəli hərbçidir. Rusiya müharibələrinin iştirakçısı Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir və uzun illər birgə çalışıb.
Qeyd edilir ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır. Ona görə də daha təcrübəli, həm də daha yüksək statusa və əlaqələrə malik olan şəxsi gətirmək istəyirlər.
Əldə edilən məlumata görə, Aleksandr Volkov getməyə hazırlaşır. Yeni komandanın yaxın günlərdə gələcəyi gözlənilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































