Türkiyədə təhsil alan tələbələrimiz zəlzələyə görə səfərbər OLDU - FOTO

Türkiyədə təhsil alan tələbələrimiz zəlzələyə görə səfərbər OLDU - FOTO

Hazırda oxunan: Türkiyədə təhsil alan tələbələrimiz zəlzələyə görə səfərbər OLDU - FOTO

119682

Türkiyədə təhsil azərbaycanlı tələbələr zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, Konya Universitetində təhsil alan tələbələr yüklərin paketlənməsinə kömək edirlər.

Tələbələr prosesə ilk vaxtlardan etibarən könüllü dəstək verdiklərini bildiriblər.

Konya Universitetinin tələbəsi Sahib Kərimli “Anadolu”ya açıqlamasında bildirib ki, o, zərərçəkmişlərdən hər birini öz ailə üzvü kimi görür: “Hamı səfərbər olub. Azərbaycandan da mənə zəng edib soruşurlar ki, nələr edə bilərik?”.

Necmettin Erbakan Universitetinin tələbəsi Ülkər Kərimova isə söyləyib ki, tələbələr bütün gücləri ilə çalışırlar.

Həmin ali məktəbin başqa bir tələbəsi Aysel Səfərova tətillə bağlı Azərbaycana gəldiyini, amma zəlzələ xəbərini eşidən kimi yenidən Türkiyəyə qayıtdığını vurğulayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO