Rusiyanın Ukraynadakı itkilərinin sayı 130 mini keçdi

Rusiyanın Ukraynadakı itkilərinin sayı 130 mini keçdi

Hazırda oxunan: Rusiyanın Ukraynadakı itkilərinin sayı 130 mini keçdi

118399

Ukrayna ordusu son sutkada Rusiyanın 720 hərbçisini zərərsizləşdirib.

Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 130 590 hərbçisini məhv edib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 218 tank, 6 395 zirehli maşın, 2220 operativ-taktiki PUA, 2207 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 225 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 081 avtomobil və tanker, 203 xüsusi texnikadan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO