İranın müxtəlif bölgələrinə PUA-larla zərbələr endirildi - VİDEO

İranın müxtəlif bölgələrinə PUA-larla zərbələr endirildi - VİDEO

Hazırda oxunan: İranın müxtəlif bölgələrinə PUA-larla zərbələr endirildi - VİDEO
117241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın müxtəlif bölgələri hava hücumuna məruz qalıb. Rəşt, Təbriz, İsfahan və digər şəhərlərdən hava partlayışlarının əks olunduğu videolar paylaşılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb.

Mənbə yazır ki, ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.

İran müdafiə nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın "uğursuz dron hücumu" ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib.

Alınan son məlumata görə, müdafiə nazirliyinin İsfahandakı sursat anbarına pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bu barədə informasiyanı İRNA agentliyi quruma istinadən yayıb. Qeyd edilir ki, hücum mini pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

PUA-lardan birini hava hücumundan müdafiə sistemi vurub, digər ikisini isə hərbçilər partladıb.

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO