Ərdoğandan Kılıçdaroğluna İRAD: “Bu terrorçularla qol-qola gəzdiniz”

Ərdoğandan Kılıçdaroğluna İRAD: “Bu terrorçularla qol-qola gəzdiniz”

Hazırda oxunan: Ərdoğandan Kılıçdaroğluna İRAD: “Bu terrorçularla qol-qola gəzdiniz”
114772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“CHP rəhbərliyinin ötən günlərdə Türkiyə ordusunun gücünə güc qatacaq layihənin açılışında yaşadığımız sevinci gözü götürmədi”.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Hörmətli Kamal bəy, (Kamal Kılıçdaroğlunu nəzərdə tutur - red.) Sakaryada bu ordunun Ali Baş Komandanı “Fırtına” haubitsalarının təhvil verilməsi mərasimini keçirdik.

Nə vaxtsa sizin ağlınızda belə bir layihə olub? Türkiyənin düşmənlərinə göstərə bilmədiyi reaksiyanı bizim ordunun komandirlərinə göstərən, bu ölkənin komandirlərini təhqir edən şəxs bu ölkənin siyasətçisi ola bilərmi? Kamal bəy, siz bu terrorçularla qol-qola gəzdiniz.
Həbsxanadan terrorçuları necə çıxarmağın yollarını düşünürsünüz. Biz haqq-ədalət deyiləndə isə millətimizlə birik. Qaniçənlərə heç vaxt şans vermərik”, - deyə Ərdoğan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO