İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” - pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.
Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:04 / 22.12.2022
Azərbaycana İrandan gətirilən bibərdə virus aşkarlandı - FOTO
Hazırda oxunan: Azərbaycana İrandan gətirilən bibərdə virus aşkarlandı - FOTO
Hazırda oxunan: Azərbaycana İrandan gətirilən bibərdə virus aşkarlandı - FOTO
110995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.