İranda etirazlarda ölənlərin sayı 503-ə çatdı

İranda etirazlarda ölənlərin sayı 503-ə çatdı

Hazırda oxunan: İranda etirazlarda ölənlərin sayı 503-ə çatdı
110526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda etirazlarda 503 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı Telegramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 652 nəfər tələbədir. Nümayişlərə 144 universitetin öyrənciləri qoşulub.
Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Bizim.Media

İranda etirazlarda ölənlərin sayı 503-ə çatdı - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO