Bolqarıstan Prezidenti:

Bolqarıstan Prezidenti: "Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır"

Hazırda oxunan: Bolqarıstan Prezidenti: "Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır"
96738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır".

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Dövlət başçısı iki ölkə arasında çox fəal siyasi dialoqun olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq”


"Biz ənənəvi olaraq dostluq münasibətlərinə malikik, həqiqi və səmimi əməkdaşlıq edirik. Cənab Əliyev və mən ikitərəfli münasibətlərimizi, onların mövcud vəziyyətini, qarşımızda duran çağırışları müzakirə etdik və əlbəttə ki, yeni imkanları nəzərdən keçirdik. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var.

Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik",-deyə Rumen Radev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO