
- A-
- A
- A+
Dünya
09:33 / 24.01.2021
1 dəq oxunma
Çilidə zəlzələ - Antarktikadan 160-dan çox insan təxliyə edildi
Hazırda oxunan: Çilidə zəlzələ - Antarktikadan 160-dan çox insan təxliyə edildi
9486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Çili sahillərində 7,0 maqnitudalı zəlzələ olub.
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 117 minə yaxın əhalisi olan Punta-Arenas şəhərindən 1 328 kilometr cənubi-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Ölkənin Milli Fövqəladə Hallar İdarəsinin məlumatına görə,zəlzələdən sonra 160-dan çox insan sunami təhlükəsi səbəbiylə Çilinin Antarktikada yerləşən bazalarından evakuasiya edildib.
Frey bazasından 80, O'Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































