"Sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi Qaydası" dəyişdi

Hazırda oxunan: "Sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi Qaydası" dəyişdi
90246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarların öhdəliklərinə təminatın verilməsi mexanizminin təkmilləşdirilməsi və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli fərmanında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra borcalanların, onların nizamnamə kapitalında 25% və daha artıq payı olan şəxslərin, eləcə də borcalanların zaminlərinin kredit sifarişi tarixinə və yaxud zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 gündən artıq gecikməsi olduqda və yaxud son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda onlara zəmanət verilməyəcək. İndiyə qədər bu müddət 60 gün idi.

Bundan başqa, bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 90%-dən çox olmamalıdır. İndiyə qədər yuxarı hədd 85% idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO