Qazaxıstan şirkətləri Qarabağa sərmayə qoyuluşunda LİDERDİR

Qazaxıstan şirkətləri Qarabağa sərmayə qoyuluşunda LİDERDİR

Hazırda oxunan: Qazaxıstan şirkətləri Qarabağa sərmayə qoyuluşunda LİDERDİR
90226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur".

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

"Xüsusilə işğaldan azad edilmiş ərazilərdə biznes layihələrinin həyata keçirilməsinin mümkünlüyünü qeyd etmək istərdim.

Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Agentliyimizə bu regionda biznes qurmaq istəyən xarici şirkətlərdən 1 100-dən çox müraciət daxil olub. Sevindirici haldır ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO