Azərbaycan bu ölkələrlə tranzit daşımalarını asanlaşdırır

Azərbaycan bu ölkələrlə tranzit daşımalarını asanlaşdırır

Hazırda oxunan: Azərbaycan bu ölkələrlə tranzit daşımalarını asanlaşdırır
89905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran, Rusiya və Azərbaycan gömrük rəhbərləri arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, anlaşma memorandumuni İran Gömrük İdarəsinin rəisi Əlirza Müqədisi, Rusiya Federasiyasının gömrük rəisi Vladimir Bulavin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqətti icra edən Şahin Bağırov arasında imzalanıb.

Üçtərəfli görüşdə imzalanmış “Tranzitin asanlaşdırılmasına dair üçtərəfli anlaşma memorandumu” Rusiyaya Azərbaycan vasitəsilə İran mallarının ixrac marşrutunu qısaldacaq və İran mallarının Azərbaycana tranzitinin asanlaşdırılmasına kömək edəcək.

Memoranduma görə, razılığa gələn tərəflərin üzv olduqları beynəlxalq müqavilə və konvensiyalara uyğun olaraq, malların tranziti prosedurlarının sadələşdirilməsi, əlaqələndirilməsi və standartlaşdırılmasını öhdəlik götürüb.

Həmçinin, ticarəti artırmaq və malların tranzitini sürətləndirmək üçün üç ölkənin gömrük orqanları ümumi sərhədlərdə iş vaxtını artırmaq və əlaqələndirmək, yükün tranziti ilə bağlı sənədləri və müvafiq məlumat mübadiləsini elektron qaydada həyata keçirməyi öhdəsinə götürür.
Ümumi sərhədlərdə daha çox koordinasiya və daha çox iş saatı üçün müntəzəm dövri birgə görüşlər keçirmək haqqında razılıq əldə edilib.

Həmçinin bu görüşdə İran, Rusiya, Azərbaycan və Hindistan gömrükləri arasında tranzitin asanlaşdırılması üçün dördtərəfli anlaşma memorandumu təklif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO