Mərkəzi Bank pul siyasәtinə dair qərarını açıqlayacaq

Mərkəzi Bank pul siyasәtinə dair qərarını açıqlayacaq

Hazırda oxunan: Mərkəzi Bank pul siyasәtinə dair qərarını açıqlayacaq
86096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə və ölkə daxilində gedən proseslər, antiinflyasiya siyasətinin nəticələri nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il sentyabr ayının 16-da veriləcək. 

Bizim.Media xəbər verir k, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunub.  

Məlumatda bildirilir ki, qısamüddətli dövr üzrə başlıca risklər dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yenidən artması, tərəfdaş ölkələrdə inflyasiyanın artmaqda davam etməsi aiddir.  

Həmçinin vurğulanır ki, geosiyasi gərginliyin daha da yüksəlməsi və COVİD-19-a yoluxma hallarının artmasının ardınca dünyada sosial təcrid məhdudiyyətlərinin tətbiqi daşınma-logistika proseslərini yenidən çətinləşdirə bilər.  
Aparıcı ölkələrdə pul siyasətinin sərtləşməsi və qlobal iqtisadiyyatda fəallığın azalması əmtəə və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə bilər. 

Orta və uzunmüddətli dövrdə isə inflyasiyanın dinamikası məcmu tələbin effektiv idarə edilməsindən və valyuta bazarındakı tarazlığın qorunmasından asılı olacaq. 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, tətbiq olunacaq qayda əsaslı fiskal siyasət və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi ortamüddətli dövrdə inflyasiya risklərini idarə etməyə imkan verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO