Xudat Avtovağzalı qarpızdan təmizləndi - FOTOFAKT

Xudat Avtovağzalı qarpızdan təmizləndi - FOTOFAKT

Hazırda oxunan: Xudat Avtovağzalı qarpızdan təmizləndi - FOTOFAKT
82704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

4 iyul 2022-ci il tarixdə “Xudat Avtovağzalında qarpız biznesi” adlı yazı dərc etmişdik. Yazıda Avtovağzalın giriş qapısında çadır qurdurulub qarpız satılmasından söhbət açılırdı.

Bizim.Media məsələni ictimailəşdirdikdən sonra müvafiq qurumlar hərəkətə keçib və Avtovağzalın qarşısındakı çadır sökülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Xudat Avtovağzalında qarpız biznesi - FOTOFAKT


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya bildirib ki, “sözügedən satış məntəqəsi Xudat avtovağzalının ərazisində deyil və avtovağzala aidiyyatı yoxdur.

Lakin, bununla belə satış məntəqəsinin götürülməsi ilə bağlı tərəfimizdən aidiyyatı qurumlara müraciət edildi. Qısa zamanda ərazi təmizləndi”.  

Nazirliyin əməkdaşı təmizlənmiş ərazinin fotoşəklini də bizə təqdim etdi.

Surxay Atakişiyev, Bizim.Media

Xudat Avtovağzalı qarpızdan təmizləndi - FOTOFAKT - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO