Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar neçə faiz artıb? – RƏSMİ

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar neçə faiz artıb? – RƏSMİ

Hazırda oxunan: Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar neçə faiz artıb? – RƏSMİ
79182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 815 milyon 822,4 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz və ya 285 milyon 131,9 min manat artıb. Daxilolmalar üzrə proqnoz 157 milyon 656,6 min manat artıq icra edilib.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 1 milyard 155 milyon 568,6 min manat təşkil edib, proqnoz 119,7 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq 62 milyon 641,7 min manat olub, proqnoz 115,1 faiz icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5 faiz artaraq 46,2 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6 faiz icra olunub.

Bizim.Media

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar neçə faiz artıb? – RƏSMİ - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO