Bu il Azərbaycanda vergi daxilolmaları neçə faiz artıb? – RƏSMİ

Bu il Azərbaycanda vergi daxilolmaları neçə faiz artıb? – RƏSMİ

Hazırda oxunan: Bu il Azərbaycanda vergi daxilolmaları neçə faiz artıb? – RƏSMİ
79067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, proqnoza 149,3 % əməl edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.

Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3 % və ya təxminən 2 milyard manata yaxın (1 milyard 993 milyon 93,7 min manat) artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906 milyon 523,9 min manat olub, proqnoza 130,3 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 milyon manat vəsait daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8 % və ya 1 milyard 152,5 milyon manat artıb.

Regionlar üzrə daxilolmalar 476,5 milyon manat olmaqla, proqnoz 114 % icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4 % artıb.

Ödənilən vergilərin 67,3 %-i qeyri-neft-qaz sektorunun, 32,7 %-i isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO