“İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.
Bizim.Media-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O, bildirib ki, həmin qərargahda formalaşdırılan İdarələrarası Mərkəzin nəzdində 16 işçi qrupu yaradılıb:
“Bu işçi qruplar tərəfindən hazırlanan Strateji Fəaliyyət Planında həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri əksini tapacaq. Bununla bağlı qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”.
Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək:
“Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:13 / 08.01.2021
Qarabağa ilkin mərhələdə kimlər qayıdacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağa ilkin mərhələdə kimlər qayıdacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağa ilkin mərhələdə kimlər qayıdacaq? - RƏSMİ AÇIQLAMA
7822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.