Azərbaycanın qeyri-neft ixracı artdı

Azərbaycanın qeyri-neft ixracı artdı

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı artdı
78126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 mln. ABŞ dolları və ya 30,9% artıb. 

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 mln. dollar təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb. 

2022-ci ilin may ayı üzrə ixrac 3,6 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% təşkil etməklə 222,4 mln. dollar olub. 2022-ci ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 mln. dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO