İran yenidən Ermənistanın müdafiəsinə qalxdı - FOTO

İran yenidən Ermənistanın müdafiəsinə qalxdı - FOTO

Hazırda oxunan: İran yenidən Ermənistanın müdafiəsinə qalxdı - FOTO
72340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən anti- Azərbaycan mövqeyi ilə "zühur edib".

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, səfir bildirib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri "dəyişdirilə bilməz" və bütün ölkələr Ermənistanın "suverenliyinə hörmət etməlidir".

"Biz kommunikasiya yolları ətrafında dəhlizlərin (Zəngəzur dəhlizi- red.) açılmasına dair səsləndirilən fikirləri qəbul etmirik və düşünürük ki, Ermənistan ərazi bütövlüyünü qorumalıdır", - deyə Zühuri ölkəsinin Qərbi Zəngəzur (Sünik- red.) bölgəsində açacağı konsulluq barədə danışarkən iddia edib.

Ermənistan hamisindən daha çox, qatı erməni kimi davranan İran və onun səfiri Zəngəzur vilayətinin yaxın keçmişdə Azərbaycanın tarixi torpaqları olmasına dair faktlara isə münasibət bildirə bilməyib. Görünür, Tehran 44 günlük müharibədə darmadağın olan Ermənistanın keçmiş himayədarlarını əvəz etmək niyyətindədir, sonu başdan məlum olsa belə.

Bizim.Media

 

İran yenidən Ermənistanın müdafiəsinə qalxdı - FOTO - foto 1

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO