Ukrayna qoşunları bir neçə regionda əks-hücuma keçdi – VİDEO

Ukrayna qoşunları bir neçə regionda əks-hücuma keçdi – VİDEO

Hazırda oxunan: Ukrayna qoşunları bir neçə regionda əks-hücuma keçdi – VİDEO
66641
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna qoşunları Xarkov, Sumı, həmçinin Kiyev və Xerson vilayətlərində əks-hücum əməliyyatına başlayıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu martın 27-nə Rusiyanın işğalı ilə bağlı vəziyyətə dair brifinqdə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.

“Düşmənin indi iki əsas vəzifəsi var: qoşunlarımızı Birgə Qüvvələr Əməliyyatı zonasında mühasirəyə almaq, Mariupolu ələ keçirmək və cənubda Xerson bölgəsində müdafiəni saxlamaq. Düşmənin cənubda müdafiəsi yarılarsa, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək”.

Eyni zamanda, Arestoviç növbəti iki həftədə vəziyyətin "qeyri-bərabər" olacağı xəbərdarlığını edib:

“Bəzi sahələrdə qalib gəldiyimiz və əks-hücuma keçdiyimiz barədə xəbərlər olacaq. İkincisi, cəbhənin bəzi sektorlarında, xüsusən də Şərqdə vəziyyət daha da ciddiləşəcək. Buna emosional, təşkilati və şüurlu şəkildə hazırlanmalıyıq”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO