Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə gələcək

Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə gələcək

Hazırda oxunan: Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə gələcək
64871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa, Çexiya və Sloveniya hökumət başçıları Ukrayna prezidenti və baş naziri ilə danışıqlar aparmaq üçün bu gün Kiyevə gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin saytında məlumat verilib.  

“Nazirlər Şurasının sədri Mateuş Moravetski və Nazirlər Şurasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fiala və Sloveniyanın baş naziri Yanez Yanşa ilə birlikdə bu gün Kiyevə səfər edirlər.

Avropa İttifaqı Şurasının nümayəndələri kimi Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın baş naziri Denis Şmıqalla görüşəcək” – deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini təsdiqləmək, həmçinin Ukrayna dövlətinə və cəmiyyətinə geniş dəstək paketini təqdim etməkdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO