BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi

Hazırda oxunan: BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
641554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumu qətiyyətlə pisləyib.

Bizim.Media xəbər verir ki, BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada deyilir:

"Şənbə günü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücum məni dərindən sarsıtdı və bunu qətiyyətlə pisləyirəm. Bu hücum nəticəsində 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb", - deyə Qutereş bildirib.

O deyib ki, mülki şəxslərə və infrastruktura edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO