Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Hazırda oxunan: Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”
641306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı antropogen amillərdir”.
 
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında səsləndirib.
 

Bununla yanaşı, dövlətimizin başçısı davam edən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsinin və bu gün qərarlar qəbul olunarkən nəzərə alınmasının vacibliyini qeyd edib. O, belə bir yanaşmanın zəruri tədbirlərin vaxtında həyata keçirilməsinə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verəcəyini vurğulayıb.


 “İnanırıq ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktik nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq”, - deyə Prezident bildirib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO