Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

Hazırda oxunan: Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir
636415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa çağırıb, çünki bu, dünya bazarlarında dizel yanacağı qıtlığı təhlükəsi yaradır.

Bizim.Media "Fох News"a istinadən xəbər verir ki, Tramp bu barədə İrlandiya Açıq Çempionatında jurnalistlərlə söhbəti zamanı deyib.

"Cənab Zelenski bir şey etməlidir. O, Rusiyada dizel yanacağı ehtiyatlarına zərər vurmağı dayandırmalıdır. Qoy o, hədəflərə hücum etsin, amma dizel yanacağına yox, çünki bu, qıtlığa səbəb olur", – Tramp bildirib.

Onun sözlərinə görə, dizel qıtlığı Yaxın Şərqdəki vəziyyətlə əlaqədar deyil, Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlarla bağlıdır.

"Ona görə də biz Zelenski ilə bu barədə danışdıq. Çoxlu başqa hədəflər var. Biz onun dizel yanacağına zərbələr endirməsini istəmirik, çünki bu, bütün dünyaya zərər verir", - Amerika lideri dəqiqləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO