Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi TƏSDİQLƏNDİ

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi TƏSDİQLƏNDİ
632126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Prezident və yaxud Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin Agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etməlidir.

Fərman oktyabrın 1-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO