Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Hazırda oxunan: Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi
630219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın 22 şəhərində ukraynalılara qarşı hücumlara etiraz olaraq aksiyalar keçirilib.

Bizim.Media xəbər verir ki, “Biganə qalma” şüarı altında keçirilən aksiyaları Demokratiyanın Müdafiəsi Komitəsi təşkil edib.

Varşava, Krakov, Qdansk, Poznan, Vrotslav, Katovitse, Jeşuv, Lublin, Lodz və Şetsin şəhərlərində fəallar mağazalar, ictimai məkanlar və avtomobillər üçün xüsusi stikerlər paylayıblar.

Stikerlərin üzərində ukraynalıların həmin məkanlarda yardım ala və özlərini təhlükəsiz hiss edə biləcəklərini bildirən mesajlar yer alıb.

Aksiya təşkilatçıları daha əvvəl Polşa hökumətinə və Daxili İşlər Nazirliyinə ukraynalılara qarşı hücumlara daha sərt reaksiya verilməsi tələbi ilə 11 mindən çox imza toplanan petisiya da təqdim ediblər.

Petisiyanın hazırlanmasına Vrotslavda ukraynalı cütlüyün döyülməsi, Qlivitsedə beysbol dəyənəyi ilə hücum və Bel­sko-Byalada avtobusda ukraynalı uşaqların təhqir edilməsi kimi hadisələr səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO