Ukraynanı qışda nə gözləyir? Elektriklə bağlı üç ssenari açıqlandı

Ukraynanı qışda nə gözləyir? Elektriklə bağlı üç ssenari açıqlandı

Hazırda oxunan: Ukraynanı qışda nə gözləyir? Elektriklə bağlı üç ssenari açıqlandı
629198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynada qarşıdan gələn qış mövsümü üçün elektrik təchizatı ilə bağlı üç mümkün ssenari hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “European Pravda” nəşri yayıb.

Nəşrin məlumatına görə, ən pessimist ssenari Rusiyanın enerji infrastrukturuna intensiv zərbələr endirməsi və havanın temperaturunun mənfi 10-15 dərəcəyədək enməsi halında mümkündür. Bu halda klassik elektrik kəsintisi qrafikləri deyil, elektrikin verilməsi qrafikləri tətbiq oluna bilər və əhali gün ərzində cəmi 4-8 saat elektrik enerjisi ilə təmin ediləcək. Bildirilir ki, biznes subyektləri elektrik enerjisini idxal etməli və ya generatorlardan istifadə etməli olacaqlar. Bundan əlavə, iri miqyaslı enerji qəzası riski yüksək qiymətləndirilir.

Optimist ssenariyə əsasən isə kütləvi raket hücumlarının olmaması və mülayim hava şəraiti elektrik enerjisinin yalnız səhər və axşam saatlarında qısamüddətli kəsilməsinə səbəb olacaq.

Baza ssenarisində isə Rusiyanın qış boyu enerji obyektlərinə zərbələri davam etdirəcəyi, nəticədə elektrik enerjisinin gündə 8-14 saat müddətində kəsilə biləcəyi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO