Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Hazırda oxunan: Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz
626075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda universitet diplomlarının bu ildən etibarən elektron formada verilməsinə başlanılır. Müvafiq qərarın tətbiqindən sonra əsas diqqət çəkən məqamlardan biri də sənədlərin verilmə müddəti və bu yeniliyin nələri dəyişəcəyidir.

Bizim.Media xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “modern.az”a sənədləşmə prosesinin maksimum dərəcədə sürətləndirildiyi bildirilib.

“Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər”, - qeyd olunub.

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur.

Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO