Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Hazırda oxunan: Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu
621846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin yeni elektrikli velosiped istehsalçısı “Phosgo” günəş panelləri ilə təchiz edilmiş və süni intellekt funksiyalarına malik "Go5 Ultra Solar Bike" adlı velosiped modelini təqdim edib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət onu "dünyanın ilk süni intellekt dəstəkli günəş enerjisi ilə özünü dolduran elektrikli velosipedi" adlandırır.

Şirkətin məlumatına görə, velosipedin təkərlərinə inteqrasiya olunmuş günəş panelləri hər gün təxminən 27 kilometr əlavə enerji toplaya bilir. Bu isə gündəlik ümumi gediş məsafəsini 193 kilometrə çatdırır. Normal istifadə zamanı batareyanın 30 günə qədər şəbəkədən enerji doldurulmadan işləyə biləcəyi iddia edilir.

Velosipedə səsli süni intellekt köməkçisi də əlavə olunub. İstifadəçilər səs əmrləri ilə naviqasiya, hava proqnozu, yaxınlıqdakı obyektlərin axtarışı və digər funksiyalardan istifadə edə biləcəklər.

ABŞ bazarı üçün model 750 vattlıq mühərriklə və saatda 45 kilometrədək, Avropa bazarı üçün isə qanunvericiliyə uyğun 250 vattlıq mühərriklə və saatda 25 kilometrədək sürət dəstəyi ilə satışa çıxarılacaq.

Velosipedin "Kickstarter" platformasında kampaniyasına 27 iyulda start veriləcək. İlkin sifariş qiymətinin 1499 ABŞ dollarından başlayacağı açıqlanıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO