2030-cu ilə qədər Bakıda 10 metro stansiyası inşa ediləcək

2030-cu ilə qədər Bakıda 10 metro stansiyası inşa ediləcək

Hazırda oxunan: 2030-cu ilə qədər Bakıda 10 metro stansiyası inşa ediləcək
621558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"2030-cu ilə qədər 10 yeni metro stansiyasının inşası nəzərdə tutulur. Onlardan birinin tikintisinə artıq başlanılıb. Bu, şərti olaraq "B-04" adlandırılan, keçmiş "Semaşko" xəstəxanasının arxasında yerləşən stansiyadır".

Bizim.Media xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" və "Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib:

"Həmin stansiyada da yeni prinsiplər tətbiq olunacaq. Artıq texniki təchizat işlərinə başlanılıb. Səviyyələrarası keçidlər üçün eskalatorlar, liftlər və xüsusi təyinatlı pilləkənlər quraşdırılacaq. Bütün bunlar normativ tələblərə uyğun şəkildə təmin olunur və maksimum dərəcədə müasir standartlara əsaslanır.
 

Hazırda daha 9 stansiyanın layihəsi üzərində iş gedir. Beynəlxalq ekspertlər və beynəlxalq standartların tələbləri ilə mövcud Azərbaycan standartları, eləcə də sovet dövründən qalan normalar arasında müəyyən ziddiyyətlər müşahidə olunur.


Hesab edirəm ki, standartlarımız yenidən işlənməlidir. Bu gün piyadaların qarşılaşdığı problemlərin əksəriyyətinin kökündə məhz standartlar və infrastruktur dayanır.

Beş stansiya bənövşəyi xətt üzrə, dörd stansiya isə yaşıl xətt üzrə olmaqla, gələn ildən tikinti işlərinə başlanılması nəzərdə tutulur". (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO