DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO

DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO

Hazırda oxunan: DÇ-2026: Fransa və Norveç qələbə qazandı – VİDEO
620914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında Fransa İraq ilə qarşılaşıb.

Oyun avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

I qrupunun ikinci turunda Norveç millisi Seneqalla qarşılaşıb. Nyu-Cersidəki “MetLife Stadium”da keçirilən oyun Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.

Seneqalın heyətində hər iki qolu İsmaila Sarr vurub. O, 53-cü dəqiqədə fərqi azaldıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənib. Buna baxmayaraq, Afrika təmsilçisi məğlubiyyətdən xilas ola bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO