Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO

Hazırda oxunan: Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO
620465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 20-də Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir.

Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
 

İştirakçılar 21–26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.


Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir.

Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.

Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 1
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 2
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 3
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 4
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 5
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 6
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 7
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 8
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 9
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 10
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 11
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 12
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 13
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 14
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 15
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 16
Bakıda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası start götürdü - FOTO - foto 17

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO