Dronlar Rusiyanın işğal etdiyi Donetsk, Luqansk və Krıma hücum etdi

Dronlar Rusiyanın işğal etdiyi Donetsk, Luqansk və Krıma hücum etdi

Hazırda oxunan: Dronlar Rusiyanın işğal etdiyi Donetsk, Luqansk və Krıma hücum etdi
617673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 7-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə kütləvi hücum təşkil edib. Ukraynanın monitorinq kanallarının yaydığı məlumata görə, zərbələr nəticəsində İstilik Elektrik Stansiyası (İES), dəmir yolu infrastrukturu və neft bazası hədəfə alınıb.

Bizim.Media xəbər verir ki, dronlar Donetsk vilayətində yerləşən Zuyevsk İES-i vurub və ərazidə güclü yanğın baş verib. Çistyakovo (keçmiş Torez) şəhəri yaxınlığında isə dəmir yolu infrastrukturu zərbələrə məruz qalıb.
 

Analoji olaraq, Luqansk vilayətində də dəmir yolu xətlərinə və infrastrukturuna zərbələr endirildiyi, həmçinin hücumlar nəticəsində bir neçə yarımstansiyada yanğın qeydə alındığı bildirilir.


"Ateş" partizan hərəkatının yaydığı məlumata görə, ilhaq edilmiş Krım yarımadasında isə Feodosiyadakı neft bazasının yaxınlığında, eləcə də Sevastopol, Cankoy və Simferopolda güclü partlayış səsləri eşidilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO