Misirli nazir Bakıya yola düşüb - WUF13-də iştirak edəcək

Misirli nazir Bakıya yola düşüb - WUF13-də iştirak edəcək

Hazırda oxunan: Misirli nazir Bakıya yola düşüb - WUF13-də iştirak edəcək
613547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misirin mənzil tikintisi, kommunal təsərrüfatı və şəhər inkişafı naziri Randa Əl-Minşavi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Qahirədən Bakıya yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Misirin "Ahl Masr" saytı məlumat yayıb.

WUF13 çərçivəsində misirli nazir bir sıra yüksək səviyyəli iclas və tədbirlərdə iştirak edəcək, eləcə də digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
 

O, birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etməyi, həmçinin "ağıllı şəhərlər"in tikintisi, mənzil və infrastruktur layihələrinin icrası sahəsində Misirin təcrübəsini təqdim etməyi planlaşdırır.


Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO