“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

Hazırda oxunan: “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb
612808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Berlində yerləşən bütün avtosalonlarını “Alpha Auto Group” şirkətinin rəhbəri, kanadalı sahibkar Kuldip Billaya satıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” qəzeti biznes dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Almaniyanın paytaxtında fəaliyyət göstərən və ümumilikdə 1500-ə yaxın əməkdaşın çalışdığı yeddi filialın gələcəyi qeyri-müəyyən olaraq qalır. Nəşr bildirir ki, “Mercedes-Benz” digər şəhərlərdə — Hamburq, Münxen və Reyn-Rur bölgəsində yerləşən diler mərkəzlərini də satmağı planlaşdırır. Bu isə ümumilikdə 8 minədək iş yerinin risk altına düşməsi ilə nəticələnə bilər.

Berlindəki salonların əməkdaşlarına müqavilə ilə bağlı məlumat elektron poçt vasitəsilə göndərilib. İşçilərə pul kompensasiyası almaq və ya yalnız bir illik iş zəmanəti ilə razılaşmaq variantları təklif olunub. Mövcud əmək müqavilələrinin ləğv edilərək yenilərinin imzalanacağı bildirilsə də, yeni sahibin əməkhaqqı və sosial təminatla bağlı şərtlərə necə əməl edəcəyi hələ məlum deyil.

“Bild” qeyd edib ki, Berlin üzrə “Mercedes-Benz” dilerlərinin əməkdaşları son iki il ərzində satış prosesinin qarşısını almağa çalışsalar da, onların səyləri nəticəsiz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO