"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO

Hazırda oxunan: "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılışı oldu - FOTO
610773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
 

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, turnirinin əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar və qonaqlara Bakıda xoş istirahətlər arzulayıb.


"Heydər Əliyev kuboku-2026"nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna) Təşkilat Komitəsinə minnətdarlığını bildirib, gərgin döyüşlərin olacağına inam ifadə edib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır.

185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO