Azərbaycan XİN-dən BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücuma REAKSİYA

Azərbaycan XİN-dən BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücuma REAKSİYA

Hazırda oxunan: Azərbaycan XİN-dən BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücuma REAKSİYA
605648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

Bizim.Media xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

“Biz Suriya Ərəb Respublikasının Dəməşq şəhərində bir qrup etirazçılar tərəfindən BƏƏ səfirliyinə edilən son hücumu şiddətlə qınayırıq. Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyena Konvensiyasının aydın şəkildə pozulmasıdır.

Biz Suriya hökuməti tərəfindən verilən bəyanatı və hökumətin bu məsələyə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab vermələri üçün bütün tədbirlərin görülməsi ilə bağlı əzmini alqışlayırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, aprelin 4-də Suriya paytaxtındakı BƏƏ səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. İştirakçılar BƏƏ səfirliyini "sionist səfirliyi" adlandırıb və İsrailin terrorçulara qarşı ölüm hökmü qanunundan narazılıqlarını bildiriblər. Bəzi etirazçılar binaya soxulmağa cəhd göstəriblər.

Azərbaycan XİN-dən BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücuma REAKSİYA - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO