ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

Hazırda oxunan: ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI
605257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran ətrafında münaqişə başlayandan bəri ABŞ yeddi hərbi təyyarə itirib.

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı mənbələrə istinadən yayıb.

Telekanalın məlumatına görə, cümə günü vurulan "F-15" qırıcısı və həmin gün qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.
 

Martın 2-də üç ədəd "F-15" qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub. Martın 12-də İraqda "KC-135" yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.


Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib. Məlumata görə, 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay "F-35" qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO