Ona qarşı sanksiyalar ləğv edildi

Ona qarşı sanksiyalar ləğv edildi

Hazırda oxunan: Ona qarşı sanksiyalar ləğv edildi
604549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Maliyyə Nazirliyi Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesə qarşı əvvəllər tətbiq olunmuş sanksiyaları ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.

Amerika mətbuatı həmçinin ABŞ-ın hazırkı Prezidenti Donald Tramp administrasiyasının Venesuela tərəfi ilə əməkdaşlığı konstruktiv hesab etdiyini bildirir.

Əvvəllər Venesuelanın Vitse-prezidenti vəzifəsində çalışmış Rodriqez rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.

Yanvarın 3-də Tramp ABŞ-ın Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.

İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.

Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO