Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Hazırda oxunan: Rusiya Ayda araşdırmalar aparacaq
604507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Ayda araşdırmalar aparacaq.

Bizim.Media xəbər verir ki, bu haqda Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) rəhbəri Dmitri Bakanov bildirib.

O qeyd edib ki, onlar bu il Ayın daxili strukturunu öyrənmək üçün lazımi alətləri hazırlamağa başlayacaqlar.

Rusiyanın Çinlə Ay proqramını inkişaf etdirməyə davam etdiyini bildirən Bakanov, proqramda ümumilikdə 15 ölkənin iştirakının planlaşdırıldığını qeyd edib.

O, Ayın strukturu ilə bağlı işlərin bu il sürətləndiriləcəyini deyib:
 

“Ayı skan edərək torpağını toplayıb məlumatları Yerə ötürəcək eniş modulunun dizaynını tamamlayacağıq. Ayın daxili quruluşunu öyrənmək üçün cihazların hazırlanmasına 2026-cı ildə başlanacaq”.


Qeyd edək ki, 2021-ci ildə Roskosmos ilə Çin Milli Kosmos İdarəsi arasında Ayda tədqiqatların aparılması üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO