Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Hazırda oxunan: Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb
603206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsinin Türkiyə iqtisadiyyatına mənfi təsirlərindən danışıb.

Bizim.Media xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra xalqa müraciəti zamanı, xüsusilə neft qiymətlərinin artmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, proses yaxından izlənilir və Türkiyə vətəndaşlarının qiymət artımından minimum zərərlə çıxması üçün zəruri tədbirlər görülür:

“Bu təsirləri yaxından izləyirik. Neft qiymətlərini qəfil artıran bu qlobal şokun, şübhəsiz ki, Türkiyə iqtisadiyyatına da təsirləri olur. Bütün dünyaya mənfi təsir göstərən bu prosesdən vətəndaşlarımızı qorumaq üçün müxtəlif tədbirlər tətbiq edirik. Müharibə uzandıqca, təəssüf ki, digər fəsadlar da ortaya çıxır. Xüsusilə dünya enerji ticarətinin 20 faizinin keçdiyi strateji Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi sarsıntıya məruz qoyub. Fevralın 28-dən bəri “Brent” markalı neftin bir barelinin qiyməti 40 faiz artıb”, - Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO