Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Hazırda oxunan: Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı
602651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp İrana qarşı İsrail-ABŞ birgə əməliyyatları fonunda NATO ölkələrinin mövqeyini tənqid edərək onları qorxaq və "kağız pələng" adlandırıb.

Bizim.Media xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
 

ABŞ lideri bildirib ki, alyansa üzv ölkələr əsasən neft qiymətlərinin artmasından şikayətlənirlər, lakin vəziyyəti tənzimləmək üçün Hörmüz boğazında blokadanın aradan qaldırılması istiqamətində konkret addımlar atmağa hazır deyillər.


O vurğulayıb ki, Hörmüz boğazında sadə hərbi manevr həyata keçirmək çətin deyil və bu addım ABŞ-nin NATO üzrə tərəfdaşları üçün minimal risk daşıyır.

"ABŞ olmadan NATO kağız pələngdir və onlar qorxaqdırlar. Biz bunu yadda saxlayacağıq", - deyə Donald Tramp NATO-ya müraciətində qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO