Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA reaksiya verdi - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA reaksiya verdi - VİDEO

Hazırda oxunan: Sosial şəbəkələrdə yayılan görüntü narazılıq yaratdı: AYNA reaksiya verdi - VİDEO
601224
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda sərnişin avtobusunun dayanacaqda dayanmaması sərnişinlərin haqlı narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Sərnişinlər bildiriblər ki, 38 nömrəli marşrut avtobusu təyin olunmuş dayanacaqda dayanmır və bu səbəbdən onlar yolda qalırlar.
 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, marşrut avtobusları təsdiq olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və qanunvericiliyə əsasən xətt üzrə müəyyən edilmiş dayanacaq məntəqələrində saxlamalıdır.


"Qeyd olunan ərazidən keçən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi və avtobusların dayanacaq məntəqələrində saxlanılması barədə tapşırıq verilib", - deyə Tural Orucov vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO