İranlı komandan İsrailə sığınıb? - ŞOK DETALLAR - FOTO

İranlı komandan İsrailə sığınıb? - ŞOK DETALLAR - FOTO

Hazırda oxunan: İranlı komandan İsrailə sığınıb? - ŞOK DETALLAR - FOTO
600299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran İnqilab Keşikçiləri Korpusunun “Qüds qüvvələri”nin komandanı İsmail Kaani ilə bağlı sensasion iddialar gündəmə gəlib. Məlumatlara görə, uzun müddətdir agent olduğu iddia edilən Kaaninin hazırda İsraildə təhlükəsiz vəziyyətdə olduğu irəli sürülür.

Bizim.Media xəbər verir ki, iddialara əsasən, ABŞ və İsrailin ötən həftə İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı İranın yüksək səviyyəli rəhbərliyinə ciddi zərbə endirilib və 48 yüksək rütbəli komandanın öldürüldüyü bildirilib. Həmin hücumdan sağ çıxan yeganə yüksək vəzifəli şəxs kimi İsmail Kaaninin adı çəkilir.

“Doqquz canlı komandan” iddiası

Kaani daha əvvəl də İsrailin müxtəlif hücumlarından sağ çıxması ilə tanınıb və bəzi beynəlxalq mediada “İranın öldürülməsi mümkün olmayan, doqquz canlı komandanı” kimi təqdim edilib. Bildirilir ki, son sui-qəsd hücumundan bir neçə dəqiqə əvvəl o, olduğu yeri tərk edib və həmin vaxtdan bəri harada olduğu məlum deyil.

Mossad agenti olduğu iddia olunur

Bəzi məlumatlarda isə Kaaninin 60 ildir İsrail kəşfiyyatı Mossad üçün işləyən agent olduğu və son hadisələrdən sonra İsrailə sığındığı iddia edilir.

Həmçinin onun HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” rəhbərləri Həsən Nəsrallah və Haşim Səfiyəddin, eləcə də İranın dini lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli İnqilab Keşikçiləri generallarına qarşı əməliyyatlarda mühüm rol oynadığı barədə iddialar səsləndirilir. Lakin bu məlumatlarla bağlı rəsmi mənbələrdən hələlik təsdiq verilməyib.

İranlı komandan İsrailə sığınıb? - ŞOK DETALLAR - FOTO - foto 1
İranlı komandan İsrailə sığınıb? - ŞOK DETALLAR - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO